Xəbər lenti

“Vaqner” Rusiyanın 3 helikopterini məhv etdi (VİDEO)
Dünya06:51 24.06.2023

“Vaqner” Rusiyanın 3 helikopterini məhv etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vaqner” özəl hərbi şirkəti Rusiya Müdafiə Nazirliyinə məxsus 3 helikopteri məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "AP Wagner” "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, helikopterlərdən biri Voronejdə vaqnerçilərə hücum etməyə cəhd edib və məhv edilib.
Hərbi şirkətə məxsus "Telegram" kanala görə, vurulmuş helikopterlərin pilotları bildirirlər ki, onlara cəbhəni yarmış Ukrayna Silahlı Qüvvələrinin kolonlarına hücum etmək əmri verilib. Onlar Müdafiə Nazirliyi tərəfində "Vaqner"ə qarşı hücumda iştirak etdiklərini bilmirlər.
Rusiyanın təbliğatçıları "Vaqner” tərəfindən üç helikopterin - iki Mi-8mtpr (radielektron mübarizə vasitəsi) və bir hücum Mi-35-in vurulmasını təsdiqləyirlər.
Nizami Bağırov