Ağ Ev çərşənbə axşamı ABŞ hökuməti üçün tərcüməçi və digər vəzifələrdə çalışdıqları üçün həyatı risk altında olan Əfqanıstandan xüsusi immiqrasiya vizası üçün müraciət edənlərin təxliyyəsinə başlayacağını söyləyib.
Qaynarinfo xəbər verir ki, mətbuat katibi Cen Psaki brifinqdə Müttəfiqlərin Qaçqın Əməliyyatı adlandırılan təxliyə iyulun son həftəsində başlayacağını bildirib. ABŞ-ın dəstəklədiyi Əfqan qüvvələri ilə Taliban arasında döyüşlər kəskinləşib, yaraqlılar əraziləri fəth edərək ələ keçiriblər.
Psaki "əməliyyat və təhlükəsizlik səbəbi ilə" ilkin təxliyyə uçuşlarında iştirak edəcək əfqanların sayını deyə bilməyəcəyini deyib.
Adının açıqlanmaması şərti ilə danışan bir ABŞ rəsmisi ilkin təxliyyənin təxminən 2500 insanı əhatə edəcəyini və viza müraciətləri gözlənildiyi müddətdə ABŞ hərbi obyektlərində yerləşəcəklərini söyləyib. İstifadə ediləcək bazalar barədə son qərar hələ verilməyib.
Co Bayden rəsmi olaraq ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının 31 avqustda tamamlanmasını planlaşdırıb.
Alpər