Xəbər lenti

Vatikana tarixi səfər: Kraliça Papanın qarşısına niyə qara geyimdə çıxdı? (FOTO)
Foto 18:06 23.10.2025

Vatikana tarixi səfər: Kraliça Papanın qarşısına niyə qara geyimdə çıxdı? (FOTO)

Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla Vatikanı ziyarət ediblər. 

Qaynarinfo xəbər verir ki, bu səfər, Anglikan islahatından 500 il sonra bir monarxın ilk dəfə Sistina kilsəsində Papa ilə açıq şəkildə dua etməsi ilə tarixi əhəmiyyət daşıyır.

Kral III Çarlza Romadakı "Surların xaricindəki Müqəddəs Pavel Bazilikası”nda keçiriləcək mərasimdə "Kral qardaşı” titulu təqdim ediləcək. Görüş öncəsi Müqəddəs Damano həyətinin mərkəzinə Birləşmiş Krallığın kral bayrağı asılıb.

Kraliça Kamilla Papa XIV Levlə görüşə tamamilə qara geyimdə çıxıb. Uzun qara zərif paltarı və başını örtən dantelli "mantilla”sı diqqət çəkib. Bu geyim seçimi yüzilliklərdir Vatikan protokolunda mövcud olan xüsusi qayda - "il privilegio del bianco” ("ağ imtiyazı”) ilə bağlıdır.

Bu qaydaya əsasən, yalnız katolik ölkələrin kraliçaları və şahzadələri Papa qarşısına ağ geyimdə çıxa bilərlər. Hazırda bu imtiyaza sahib yeddi kraliyyət ailəsi üzvü qadın var: İspaniya kraliçası Letisiya, Belçika kraliçası Matilda, Monako şahzadəsi Şarlen, Lüksemburq böyük hersoginyası Mariya Tereza, Neapol şahzadəsi Marina, sabiq Belçika kraliçası Paola və sabiq İspaniya kraliçası Sofiya.

Ədətin ilk tətbiqi 1923-cü ildə İspaniya kraliçası Viktoriya Evgeniya tərəfindən olub. O, Papa XI Piy ilə görüşü zamanı ağ geyimdə çıxış edərək bu imtiyazdan istifadə edən ilk kraliça kimi tarixə düşüb.

İngiltərə Kilsəsi həm katolik, həm də protestant ənənələrinin bir hissəsini qəbul edir və monarx eyni zamanda bu kilsənin başçısı sayılır. Kraliça Kamilla 1961-ci ildə Vatikanı ziyarət edən mərhum kraliça II Elizabetin üslubuna bənzər şəkildə dantelli mantilla seçib. Qara ipək geyimi "Fiona Clare”, baş örtüsü isə dizayner Filip Treysi tərəfindən xüsusi olaraq hazırlanıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->