
Vəkil Elçin Namazov həbs edilib. Qaynar.info xəbər verir ki, məlumatı Elçin Namazovun həmkarı Xalid Bağırov verib.
Xalid Bağırovun sözlərinə görə, Elçin Namazovun Xətai rayon Məhkəməsi tərəfindən 15 sutka həbs olunub:"İndi mənə zəng gəldi. Danışan şəxs vəkil dostumuz Elçin Namazovun dostu olduğunu bildirdi. Bu gün Elçin Namazovun Xətai rayon Məhkəməsi tərəfindən 15 sutka həbs olunduğunu və ofisdə axtarış aparıldıqdan sonra, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını bildirdi. Fərdi vəkil yoldaşlardan kimsə indi order götürüb bu işlə maraqlana bilərmi?"
Elkin Xəlilov
Qaynar.info