Venesuela tərəfindən həbs edilən amerikalı jurnalist Kodi Vebli deportasiya edilib.
Qaynarinfo NY Times-a istinadən xəbər verir ki, jurnalistin məlumatına görə, axşam saatlarında maskalı şəxslər onun evinə gəlib, axtarış aparıb və ona suallar ünvanlayıblar. Daha sonra Hərbi Mübarizə Müdirliyinə aparılan jurnalist bir neçə saat sonra azadlığa buraxılıb və ölkədən deportasiya edilib.
Qeyd edək ki, Kodi Vebli ABŞ-ın Cənubi Florida ştatının "WPLG" kanalı üçün çalışır. Onun Venesuela müxalifətinin lideri Xuan Quaydonun ölkəyə qayıdışını işıqlandırdığı üçün saxlanıldığı bildirilir.
Gülşən