Xəbər lenti

Venesuela enerji sisteminə kiberhücumla bağlı BMT-yə şikayət edəcək
Dünya09:46 09.03.2019

Venesuela enerji sisteminə kiberhücumla bağlı BMT-yə şikayət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Venesuela BMT-yə şikayət edəcək Venesuela dünən demək olar ki, bütün ölkədə yaşanan elektrik kəsintisinə səbəb olan kiberhücumla bağlı BMT-nin İnsan Hüquqları Şurasına şikayət etmək istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin əlaqə və informasiya naziri Xorqe Rodriqez VTV dövlət kanalına açıqlamasında bildirib. Onun fikrincə ABŞ xarici işlər naziri Mayk Pompeo və senator Marko Rubio ölkədə yaşanan enerji böhranını əvvəlcədən bilirdilər, çünki problemə sosial şəbəkədə çox tez reaksiya veriblər:
"Pompeonun sözlərinə görə, Venesuelada yemək, işıq yoxdur və tezliklə prezident də olmayacaq. Rubio isə Venesuela xalqına iztehza edir. Rubionun tviti çox açıq idi. Avtomatik nəzarət sisteminə kiberhücumu onlar təşkil ediblər. Hər şey bunun Venesuealaya qarşı çoxformatlı və qəddar hücum olduğunu açıq şəkildə göstərir. Həmçinin bununla təkcə çavizmə deyil, bütün əhaliyə təsir ediblər"
BMT-nin İnsan Hüquqları Şurası Mişel Baçeletin rəhbərliyi altında bir qrup nümayəndə heyətinin Venesuelaya səfər edəcəyini açıqlayıb.
"Bu cinayətkarlar haqqında dəlillər təqdim edəcəyik. Onun sözlərinə görə, dünya Venesualadakı insan hüquqlarına hörmətlə yanaşır", - deyə nazir bildirib.