Xəbər lenti

Vertolyot qəzaya uğradı: millət vəkili həlak oldu
Dünya05:15 12.10.2013

Vertolyot qəzaya uğradı: millət vəkili həlak oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentinada küləyin şiddətlənməsi səbəbindən mülki vertolyot idarəetməni itirərək qəzaya uğrayıb.

Anspress-in "İtar-Tass"a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində vertolyotda olan 5 nəfərdən biri həlak olub, bir nəfər yüngül, digər 3 nəfər isə yüngül bədən xəsarətləri alıb. 

Verilən məlumata görə, həlak olan Milli Konqressin deputatı Marqareta Ferra de Bartoldur. Əyalət qubernatoru San-Xuan Xose Luis Xioxoy isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır. Məlumata görə, onlar parlament seçkiləri ərəfəsində San-Xuan şəhərində "Cəbhə üçün qələbə" adı ilə keçirilən aksiyada iştirak ediblər.  Qeyd edək ki, oktyabrın 27-də Argentinada parlamentinə seçkilər keçiriləcək.

Qaynar.info