
"Uber" taksi sifarişi xidməti Braziliyada sərnişinlərin vertolyotlarla daşınması layihəsini reallaşdırmağa başlayır.
Qaynarinfo.az lent.az-a istinadən bildirir ki, müştərilərə mobil cihazlarındakı əlavənin vasitəsilə vertolyot sifariş etmək təklif olunur.
Ancaq bu növ taksi müştərini yalnız San-Paulu şəhərinin vertolyotun enişinə icazə verilmiş doqquz nöqtəsində götürə və endirə biləcək.
Adıçəkilən xidmətdən müştərilər hər gün səhər saat 7-dən axşam saat 8-ə qədər istifadə edə biləcəklər.
"Uber" şirkətində isə dəqiqləşdiriblər ki, vertolyotda gedişin qiyməti standart taksidə gediş haqqından təxminən 4 dəfə bahadır. Ancaq bununla belə, vertolyot sərnişini adi taksidən 4 dəfə daha tez çatdırır.
Bundan öncə isə "Uber" Qazaxıstan bazarına çıxıb.
Qaynarinfo.az