ARB TV-nin "Günə Son” verilişində şikayətçinin göndərdiyi video-çəkiliş əsasında hazırlanan sujet efirdə yayımlanıb.
Göndərilən görüntüdə "Pilot 16” MMC-nin əməkdaşlarının Nəsimi rayonu Novruzov qardaşları 33 ünvanında yerləşən, şikayətci Rufan Əmiraslanova məxsus olan evdə heç bir icazə olmadan söküntü işləri aparması əks olunur.
Məsələ ilə bağlı sujet "Günə Son” verilişində efirə getdikdən dərhal sonra məsələ öz həllini tapıb. Belə ki, şikayətci canlı bağlantıda şirkət əməkdaşları ilə razılığa gəlməsini efirdə bildirib.