Ekspertlər Rusiyanın yeni hücumundan sonra Ukraynanın enerji sektorundakı vəziyyəti çətin kimi qiymətləndirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko öz Facebook səhifəsində məlumat
yayıb.
"Düşmən yenidən bütün Ukraynanı raketlərlə qorxudur. Hədəfdə enerji sektorudur. Düşmən ukraynalıları işıqdan məhrum etmək planlarından əl çəkmir. Transmissiya sisteminin operatoru təcili olaraq fövqəladə elektrik kəsilməsini tətbiq etdi. Vəziyyət mürəkkəbdir, hücumların nəticələri aydınlaşdırılır. Artıq energetiklər onların aradan qaldırılması üçün çalışırlar”, - nazir yazıb.
Qeyd edək ki, ruslar gecə "Şahed” pilotsuz təyyarələrlə Ukrayna ərazisinə hücum edib, səhər isə raketlərdən istifadə etməyə başlayıblar. Atışlar həm bombardmançı təyyarələrdən, həm də Qara dənizdə yerləşən daşıyıcılardan həyata keçirilib.
Rusiya zərbələrinin hədəfi enerji infrastrukturu obyektləri olub. Ukraynanın bir çox şəhərlərində partlayış səsləri eşidilib. Xüsusilə Zaporojye və Dnepropetrovsk vilayətlərində bir neçə ölüm faktı qeydə alınıb.
Zərbələr ölkənin müxtəlif bölgələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub. Onların bəzilərində su təchizatında da problemlər yaranıb.
Alpər