Xəbər lenti

Vəziyyət pisləşərsə, Moskva sovet abidələrini Bolqarıstandan Rusiyaya köçürə bilər
Dünya 17:07 05.02.2024

Vəziyyət pisləşərsə, Moskva sovet abidələrini Bolqarıstandan Rusiyaya köçürə bilər

Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanova bildirib ki, Moskva Sovet abidələrinin Bolqarıstandan köçürülməsi variantını istisna etmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə RTVI telekanalı məlumat yayıb.

"Düşünürəm ki, (sovet abidələrinin köçürülməsi ilə bağlı. - Gazeta.Ru) sualı, əlbəttə, belə qoymaq olar”, - deyə Mitrofanova Rusiya Xarici İşlər Nazirliyinin vəziyyətin pisləşəcəyi halında, Bolqarıstandan sovet abidələrinin daşınması variantını nəzərdən keçirib-keçirmədiyi sualına cavab verib. 

Bundan əvvəl BNS agentliyi məlumat vermişdi ki, Vilnüs hakimiyyəti tezliklə Antakalnis qəbiristanlığından Böyük Vətən Müharibəsi cəbhələrində vuruşmuş Qırmızı Ordu əsgərlərinin şərəfinə ucaldılmış sovet memorialının qalıqlarını götürmək qərarına gəlib.

Şəhər şurası tarixi yaddaş komissiyasının təşəbbüsünü bəyənib və Antakalnis qəbiristanlığında yerləşən postamentin sökülməsi qərarını dəstəkləyib.


Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->