Xalq artisti Nazpəri Dostəliyeva müğənni bacısı Zeynəb Dostəliyevanın səhhəti ilə bağlı məlumata aydınlıq gətirib.
Xalq artisti Qaynarinfo-ya açıqlamasında bacısının xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləyib:
"Vəziyyəti nə pisdir, nə də yaxşı. Gözləyirik, görək nə olacaq. Həkimlər də əlindən gələni edir. Bacım soyuqlayıb, qrip olub”.
Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Zeynəb Dostəliyevanın səhhəti pisləşib. Sənətçi xəstəxanaya yerləşdirilib.
Bahar Rüstəmli
Şərhlər