Xəbər lenti

VHP Yadigar Sadıqovla bağlı bəyanat yaydı
Siyasət10:17 14.01.2014

VHP Yadigar Sadıqovla bağlı bəyanat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vətəndaş Həmrəyliyi Partiyasının Lənkəran rayon təşkilatı müsavatçı Yadigar Sadıqovun dünən 6 il həbsə məhkum edilməsi ilə bağlı bəyanat yayıblar. 

Qaynar.info-ya daxil olan bəyanatda bildirilir:

“VHP Lənkəran rayon təşilatı olaraq Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlının Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə həbsə məhkum edilməsini ədalətsizlik hesab edir və bu qərarın məhkəmə instansiyasının müstəqil olmadığının əlaməti hesab edirik. 

Y.Sadıqlının məhkəmə prosesi nöqsanlarla müşahidə olundu və günahlandırılan şəxsin qanunla nəzərdə tutulmuş qaydada hüquqlarının qorunması məqsədilə irəli sürülən vəsatətlər təmin olunmadı. 

Həmçinin qarşı tərəf müttəhim kürsüsündə əyləşdirilən Y.Sadıqlının günahını qanunvericiliyə uyğun olaraq yetərli dəlillərlə sübut edə bilmədi. Buna baxmayaraq, ona qarşı məhkəmənin ən ağır cəzanı seçməsi, ona qarşı 6 illik həbs qərarı çıxarması həbsin qanun çərçivəsində deyil, siyasi motivlərlə çıxarıldığına əminlik yaradır. 

VHP Lənkəran rayon təşkilatı olaraq hüsab edirik ki, bu tip həbslər Azərbaycanın imicinə mənfi təsir göstərməklə bərabər, ölkənin siyasi mühitinə süni gərginlik gətirir. Ona görə də bu həbsi pisləyir və hakimiyyəti bu ciddi yanlışlığı aradan qaldırmağa, Y.Sadıqlının ədalətli məhkəmə prosesinin keçirilməsini təmin etməyə çağırırıq”.

Qaynar.info