Moskvaya qarşı sanksiyalar nəticə vermədiyi üçün Avropa İttifaqının Ukraynadakı müharibə ilə bağlı yeni strategiyaya ehtiyacı var.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban
deyib:
"Müharibədə qalib gəlmək əvəzinə, sülh danışıqlarına və yaxşı sülh təklifinin hazırlanmasına fokuslanmış yeni strategiya lazımdır”.
O, çıxışında bildirib ki, Qərb strategiyası dörd sütun üzərində qurulub. Ukrayna Rusiyaya qarşı müharibədə NATO silahları ilə qalib gələ bilər, sanksiyalar Rusiyanı zəiflədəcək və onun rəhbərliyini silkələyəcək, sanksiyalar Avropadan daha çox Rusiyaya zərər verəcək və dünya Avropanı dəstəkləmək üçün sıraya düzüləcək. Orban bu strategiyanın iflasa uğradığını, Avropada hökumətlərin "domino daşları kimi aşdığını”, enerji qiymətlərinin artdığını və buna görə də indi yeni strategiyaya ehtiyac olduğunu deyib.
"Biz dörd təkəri də deşilmiş avtomobildə oturmuşuq: tamamilə aydındır ki, müharibəni bu yolla qazanmaq olmaz”, – Orban tərəfdarlarına deyib.
Onun sözlərinə görə, Ukrayna heç vaxt bu yolla müharibədə qalib gəlməyəcək, çünki " Rusiya ordusu sadəcə asimmetrik üstünlüyə sahibdir”.
Nurlan Hüseynov