Xəbər lenti

"Virus hələ də bizim aramızdadır" - Akif Qurbanov
Sağlamlıq16:12 02.10.2020

"Virus hələ də bizim aramızdadır" - Akif Qurbanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Artıq bir müddətdir ki, ölkədə epidomoloji vəziyyət nəzarət altındadır. Gündəlik yoluxma 100-150 və bəzən daha az olur”. 
Qaynarinfo xəbər verir ki, bu sözləri "Real TV”yə açıqlamasında bunu TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib
O bildirib ki, yoluxanların sayının aşağı düşməsi həm görülən tədbirlərin, həm də əhalinin qaydalara ciddi əməl etməsinin nəticəsidir: "Yoluxamalar azaldıqca, vəziyyət sabitləşdikcə Operativ Qəragah yumşaltmalar edir və edəcək.
Biz də deyirik ki, yuşalmalar çoxaldıqca, sərbəstlik artdıqca qaydaları daha ciddiyə almaq lazımdır. Düşünmək lazım deyil ki, yoluxma azalıb və hər şey düzəlməyə doğru gedir. Virus bizim aramızdadır və ondan mümkün qədər qorunmağa hamımız çalışmalıyıq. Əgər qorunmasaq, ağır nəticələr ortaya çıxa bilər. Ön cəbhədəki qələbələr, arxa cəbhədə də qələbə qazanmağımıza kömək etməlidir. Bütün gücümüzlə sağlam olmaq üçün çalışmalıyıq”.