Xəbər lenti

Vitse-kansleri kəşfiyyatı səhvlərə görə tənqid etdi
Dünya13:53 24.08.2023

Vitse-kansleri kəşfiyyatı səhvlərə görə tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın vitse-kansleri Robert Habek Federal Kəşfiyyat Xidmətinin (BND) digər kəşfiyyat agentliklərindən fərqli olaraq, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı ilə bağlı qiymətləndirmələrində səhv olmasından qəzəblənir.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən verir ki, o, bunu jurnalist Stefan Lambiyə "Fövqəladə vəziyyət. Müharibə zamanı idarəetmə" kitabı üçün verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Böyük Britaniya və ABŞ-ın kəşfiyyat xidmətlərindən fərqli olaraq, "digər kəşfiyyat xidmətləri "bu, təlimdir, vəziyyət daha pisə doğru getməyəcək” deyirdilər, amma daha da pis oldu”. 
O, Almaniyanın BND-ni nəzərdə tutduğuna aydınlıq gətirib.
"Bizim kəşfiyyat orqanları Putinin 24-48 saat ərzində bütün Ukraynanı işğal edəcəyini proqnozlaşdırmışdı", deyə Xabek xatırlayır.
Nizami Bağırov