Xəbər lenti

Vladimir Jirinovskinin oğlu həbs edildi
Dünya12:14 16.02.2023

Vladimir Jirinovskinin oğlu həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş LDPR lideri Vladimir Jirinovskinin qeyri-qanuni oğlu restoranda qalmaqaldan sonra 15 sutka inzibati həbs alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Moskva” agentliyi paytaxtın Tverskoy Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. 
Məlumata görə, Oleq Eydelşteyn "CM-in 2-ci hissəsi ilə təqsirli bilinib. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, o, 15 sutka müddətinə həbs edilib.
Hadisə fevralın 14-ü axşam saatlarında baş verib. Moskvanın Yeni Meydandakı restoranlardan birindən polisə qalmaqalla bağlı siqnal gəlib. Əraziyə gedən polis hadisənin günahkarını müəssisədə tapıb və onun Oleq Eydelşteyn olduğu üzə çıxıb. Polis bölməsinə aparıldıqdan sonra həmin şəxs özünü aqressiv aparıb, polis əməkdaşlarını təhqir edib və onlardan birinin sinəsindən yumruqla vurub.
Hazırda məhkəmə Eydelşteynə inzibati xəta haqqında hökm çıxarıb. Hadisədən sonra tibb müəssisəsinə müraciət etmiş polisə hücumla bağlı araşdırma aparılır. Onun nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.
Alpər