Şimali Qafqazdakı terror 1999-cu ildə Rusiyanın məhvin astanasına gətirib çıxarmışdı. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” kanalında nümayiş olunan onun haqqında çəkilmiş “Prezident” filmində deyib:
“Mən özüm üçün qərar verdim: başqa yol yoxdur, sona qədər getmək lazımdır. Mən yaxşı xatırlayıram və mənə elə gəlir ki, bu haqda bir dəfə demişəm. Beynəlxalq terrorçularının ələ keçirilən yazışmalarını oxuyurdum. Orda yazırdılar: “İndi unikal tarixi hadisədir. Bizim Qafqazı Rusiyadan ayırmaq üçün imkanlarımız var”.
Putin bildirib ki, bir gün xüsusi xidmət orqanları Şimali Qafqaz terrorçuları ilə ABŞ-ın Azərbaycandakı xüsusi xidmət orqanlarının birbaşa əlaqəsi barədə məlumat verib: “Orada real olaraq hətta terrorçulara nəqliyyatla da kömək edirdilər. Bu barədə mən ABŞ prezidentinə məlumat verdim. O isə həmin şəxsləri pis şəkildə təhqir edərək, məsələni həll edəcəyini mənə söz verdi”.
Prezidentin sözlərinə görə, Rusiya rəhbərliyinə aydın idi ki, vəziyyətə nəzarət edə bilməsə, ölkəni saxlamaq şanslarını itirəcəklər.
Qaynar.info