Xəbər lenti

Vladimir Putinin Türkiyəyə səfəri başladı
Dünya16:12 28.09.2017

Vladimir Putinin Türkiyəyə səfəri başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında təkbətək görüş keçiriləcək.

Dövlət başçıları İraqda keçirilən “referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, “Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə edəcəklər.

Qaynarinfo.Az