
Övladlarınıza gələcək həyatında, xarakterinin formalaşmasında əsaslı rol oynayacaq, pis və yaxşı gündə deməli olduğunuz 10 cümlə
Xətasız qul olmur. Bunu hər birimiz bilirik. Ancaq ən çox xətanı, səhvi uşaqlar etməlidir. Bütün valideynlər uşaqlarına "istədiyin qədər səhv edə bilərsən" mesajını verməlidir. "Qaynarinfo" sizə valideynlərin övladlarına təkrar-təkrar səhv etsələr belə aşılamalı olduğu fikirləri təqdim edir:

1) Səninlə qürur duyuram.
Övladının uğurunu sahiblənməkdən gözəl nə ola bilər? Əlbəttə ki, heç nə. Onun uğuru sizin uğurunuzdur.
2) Dediyin hər sözün mənim üçün xüsusi mənası var.
Sərsəmləsən də sənin atanam, ananam. Sənin hər sözün mənim üçün vacibdir.

3) Fikirlərin mükəmməldir.
Yaradıcı uşaqsan. Bunu heç vaxt unutma.

4) Sən önəmlisən.
Sən önəmlisən, Leyla. Sən önəmlisən, Kənan. Anan üçün önəmlisən, Leyla. Atan üçün önəmlisən, Kənan.
5) Sənə inanıram.
Bilirəm ki, sən düz qərarlar verərsən. Sənə inanıram, atdığın hər addımda yanındayam.

6) Səni sevirəm.
Birmənalı şəkildə deyirəm: Səni sevirəm. Səni sevirəm, oğlum. Səni sevirəm, qızım.
7) Mənim oğlum və ya mənim qızım olduğun üçün çox şanslıyam.
Yaxşı ki səni dünyaya gətirmişik.

8) Qərar sənindir.
Böyümüsən artıq və öz qərarlarını özün verə bilirsən.
9) Səni olduğun kimi qəbul edirəm.
Sən azad insansan və mən sənin fikirlərinə hörmət edirəm.
10) Çünki sən ən yaxşısına layiqsən.
Sənin üçün hər şeyin ən yaxşısını etməyə çalışıram.
Nərmin Həsənli
Qaynarinfo.Az