Xəbər lenti

VSU komandanı: Rusiya dünyada münaqişələri alovlandırmağı planlaşdırır
Dünya10:58 19.05.2021

VSU komandanı: Rusiya dünyada münaqişələri alovlandırmağı planlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya dünyada münaqişələri qızışdıracaq.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Ruslan Xomçak NATO-dakı çıxışında bəyan edib. Onun sözləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi Facebook səhifəsində paylaşılıb.
Xomçak NATO hərbi komitəsinin iclasında iştirak edib. Çıxışı əsnasında o, Rusiyanın hələ də Ukraynanı təsir dairəsinə qaytarmaq niyyətində olduğunu söyləyib. Onun sözlərinə görə, "Kreml strateqləri Ukraynanın geri dönüş nöqtəsini keçdiyini və geri dönüş olmadığını başa düşə bilmir".
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Rusiyanı Soyuq Müharibəni yenidən alovlandırmaqda günahlandırıb. O, Rusiyanı Avropa, Orta Şərq, Afrika və Aralıq dənizindəki münaqişələrdən məsul hesab edir.
Xomçak Rusiyadan Ukraynaya siyasi və hərbi təzyiqlərin gücləndirilməsini istisna etməyib. Onun sözlərinə görə, Rusiya və Belarus ordusunun birgə strateji təlimləri daha çox narahatlıq doğurur.
Alpər