
Vyanada terrorçuların atəş açması hadisəsində tutulan 14 nəfər arasında Çeçenistandan olanlar da var.
Qaynarinfo xəbər verir ki, bu barədə "Rambler” Avstriya Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Rusiya səfirliyi bu şimali qafqazlıların Rusiya vətəndaşı olub-olmadığını yoxlayır, - RİA Novosti yazıb.
Avstriya, Banqladeş, Şimali Makedoniya pasportu olan gənclər də Vyana sinaqoqu yaxınlığında dörd nəfəri güllələyən ekstremistə kömək etməkdə şübhəli bilinərək tutulub.
Bir nəfər tərəfindən həyata keçirildiyi iddia edilən bir sıra terror hücumları 2 noyabrda Avstriyanın paytaxtında baş verib. Əvvəllər Suriyadan gələn cihadçılara sədaqət andı içən silahlı şəxs polis tərəfindən öldürülüb.
Kansler Sebastyan Kurtz bu gün hücumun qarşısını ala bilməyən Avstriya kəşfiyyat xidmətinin islahata ehtiyacı olduğunu söyləyib.
Alpər