Xəbər lenti

Welt: Kiyev Almaniyadan 3000 qumbaraatan aldı
Dünya05:53 27.06.2022

Welt: Kiyev Almaniyadan 3000 qumbaraatan aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyev ikinci dəfə Almaniyadan RGW 90 Matador tipli tank əleyhinə qumbaraatanlar alıb: martda alınan 5,1 minə təxminən 2,9 min ədəd əlavə edilib.
Beləliklə, ümumilikdə Ukrayna Silahlı Qüvvələri təxminən 8000 belə silah alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Welt” qəzeti Ukraynanın hökumət dairələrinə istinadən yazıb.
Nəşr qeyd edir ki, Kiyev silahları birbaşa istehsalçıdan alıb. Mart ayında Almaniyanın Dynamit Nobel Defence (DND) silah şirkətindən qumbaraatanlar alınıb.
Qəzetin mənbəsinin sözlərinə görə, qumbaraatanlar artıq Ukraynadadır. "Welt” qeyd edir ki, bunun üçün adətən Federal İqtisadiyyat və İxrac Administrasiyasına (BAFA) müraciət və Federal Təhlükəsizlik Şurasının təsdiqi tələb olunur. BAFA-ya cavabdeh olan İqtisadiyyat Nazirliyi qəzetə şərh verməkdən imtina edib.
 
Alpər