Londonun "Çelsi" klubunun baş məşqçisi Xabi Alonso yeni mövsüm başlamazdan əvvəl komandada kütləvi dəyişikliklər etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin məlumatına görə, ispaniyalı mütəxəssis komandanın İngiltərə Premyer Liqasında (APL) iştirak ərizəsini tam formalaşdırmaq üçün heyətdə 25 futbolçu saxlamaq niyyətindədir. Hazırda klubun heyətində 41 futbolçu var. Onların təxminən 1/3-nin satılması və ya icarəyə göndərilməsi planlaşdırılır.
Qeyd olunur ki, futbolçuların sayının kəskin azaldılması ilə bağlı qərar komandanın 2026/27 mövsümündə avrokuboklarda iştirak etməməsi fonunda qəbul edilib.
2025/26 mövsümünün yekunlarına əsasən, "Çelsi" heç bir titul qazana bilməyib. Mayın 16-da komanda İngiltərə kubokunun finalında "Mançester Siti"yə uduzub. Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşma 0:1 hesabı ilə başa çatıb. Matçın yeganə qolunu 72-ci dəqiqədə Antuan Semenyo vurub. Qolun ötürməsini Erlinq Holand edib. İngiltərə çempionatında isə London klubu 38 oyunda 52 xal toplayaraq 10-cu yeri tutub.
Aydın
Şərhlər