Xəbər lenti

İdman 18:05 30.01.2024

Xabi Alonso: “Təyyarə biletləri üçün hələ də bir az pula ehtiyacım var”

Tayland polisi ölkədə ispaniyalı məşqçi Xabi Alonsonun adından istifadə edən və pul oğurlamaq üçün sosial şəbəkələr vasitəsilə mesajlar göndərən dələduzluq barədə xəbərdarlıq yayıb.

Qaynarinfo-nun məlumatına görə, Taylandın Mərkəzi İstintaq Bürosu bazar günü "Facebook” profilində fırıldaqçının qurbanlarından birinə göndərdiyi mesajı dərc edib.

Mesajda, "Salam, mən Xabi Alonso. Gələn mövsüm "Liverpul"u çalışdıracağam, amma təyyarə biletləri üçün hələ də bir az pula ehtiyacım var. Mənə dəstək olmaq istəyirsinizsə, 300 bat (Taylandın pul vahidi-M.) göndərin”. Tayland batı indiki məzənnə ilə təxminən 8,5 dollar və ya 7,8 avro-ya bərabərdir. Mesajlar tay dilində yazılır və "Bayer”in hazırkı məşqçisinin fotoşəkilinin yerləşdirildiyi "Instagram” profili vasitəsilə insanlara göndərilir. Tayland səlahiyyətliləri şübhəli mesajlardan qaçmağı və pul köçürmələri etməməyi, həmçinin bank proqramlarından məlumat və parolları qeyri-qanuni şəkildə oğurlayan proqramları endirə bilən linklərə daxil olmamağı tövsiyə edir .

"Yurgen Kloppun mövsümün sonunda vəzifəsini tərk edəcəyini açıqlamasından sonra Bundesliqanın hazırkı lideri "Bayer”i çalışdıran Xabi Alonsonun da adı "Liverpul”un gələcək baş məşqçiləri sırasındadır.



Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->