Xəbər lenti

Xaçikyanın yumoru: Allah eləməsin, Paşinyan “Zəngəzur Ermənistandır, nöqtə” deyə
Dünya07:31 05.10.2023

Xaçikyanın yumoru: Allah eləməsin, Paşinyan “Zəngəzur Ermənistandır, nöqtə” deyə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan hakimiyyəti bir dəfə demişdi ki, "Qarabağ Ermənistandır, nöqtə”. Bundan sonra Qarabağı itirdik. Allah eləməsin, hakimiyyət "Zəngəzur Ermənistandır – nöqtə” deyə.
Qaynarinfo xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
"Biz heç vaxt belə alçaldılmış vəziyyətdə olmamışıq. Türkiyə, İran və Azərbaycan İrəvanın fikrini nəzərə almadan Ermənistan üzərindən dəhliz müzakirə edir. Türkiyə və Azərbaycan Ermənistanda azərbaycanlıların məskunlaşdırılmasını tələb edir. Onların ardınca Azərbaycan polisi də gələcək”, - Xaçikyan bildirib.
O, əmindir ki, Qərb dəhlizin açılmasında maraqlıdır.
"Niyə Qərb Ukraynada təhlükəsizlik zəmanəti elan edə bilər, Ermənistanda isə yox? Rusiyadakı güclü azərbaycanpərəst və türkyönlü lobbi Moskvanı inandırmağa çalışır ki, ermənilərlə məşğul olmaq mümkün deyil, Bakı və Ankara ilə danışıqlar aparmaq lazımdır. Müttəfiqimizlə bütün əlaqələrimiz uğursuz oldu. Qərb yardım etməyəcək, İran hərbi müdaxilə etməyəcək”, - Xaçikyan yekunlaşdırıb.
Alpər