Xəbər lenti

Xalq artisti teatr tamaşalarını futbolla müqayisə etdi
Sənət 16:24 15.12.2025

Xalq artisti teatr tamaşalarını futbolla müqayisə etdi

"İstedadlı aktyor və aktrisalara iş verən yoxdur".

Qaynarinfo xəbər verir ki, bunu Xalq artisti Yasin Qarayev bildirib. Aktyor teatr tamaşalarını futbol oyunu ilə müqayisə edib:

"Tamaşanın uğuru rejissordan asılı olduğu kimi, futbol komandasının qələbə əzmi məşqçinin qurduğu müasir futbol fəndlərindən ibarət olur. Nəticədə hər iki oyuna qiyməti tamaşaçılar verir. Futbolda pesəkar futbolçunu, tamaşada isə istedadlı aktyor və aktrisanı tamaşaçılar sevir və alqışlayırlar. Yaxşı futbolçuya dünyanın hər yerində iş tapılır. İstedadlı aktyor və aktrisaya isə öz işlədiyi yerdən başqa heç bir yerdə iş tapılmır. Obyektiv və ya qeyri-obyektiv səbəblərdən aktyor və ya aktrisa əgər işdən çıxası olursa, həmin sənətkarın parlaq istedadına bələd olsalar belə, ona hayan duran, əl uzadan tapılmır".

Aktyor bir aktyorun yetişməsi üçün uzun zamana ehtiyac olduğunu vurğulayb:

"Məsələn, tanınmış və xalq tərəfindən sevilən aktyorlar Valeh Kərimov, Məhərrəm Musayev və adlarını çəkmədiyim neçə-neçə sənətkarı dediklərimə canlı sübut kimi göstərə bilərəm... Xalq tərəfindən sevilən aktyorlar Valeh Kərimov, Məhərrəm Musayev hər gün sosial şəbəkələrdə müraciətlər edir, sevdikləri sənətlə məşğul olmaq istəyirlər. Amma hələ ki, onları eşidən və səslərinə səs verən yoxdur".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->