Xəbər lenti

Sənət 13:18 07.09.2023

Xalq artisti vəzifəyə təyin edildi: "Onun xeyir-duasını aldım"

"Mən Arif Babayevin xeyir-duası ilə bu vəzifəyə təyin olunmuşam”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsinə təyin olunmasından danışarkən deyib. 

Xanəndə bu təyinatın onun muğam sənətində məsuliyyətinin artırdığını bildirib: 

"Tədrisin yaradıcılığa maneçiliyi yoxdur. Opera və Balet Teatrında hər gün tamaşa olmur, olanda da növbə ilə oxuyuruq. Düşünmürəm ki, teatr kafedradakı işlərə problem yaratsın. Arif Babayev həkim nəzarəti altındadır, vəziyyəti stabil olaraq qalır. Bu vəzifəyə təyin olunan kimi onu ziyarət etdik, xeyir-duasını aldıq. Bizim ağsaqqalımızdır. Özü də professor kimi kafedrada qalır, bizim ona həmişə ehtiyacımız var.  Azərbaycanın ən tanınıb-sevilən xanəndələri bizim kafedradadır”. 

Mənsum İbrahimov 2011-ci ildən həmin kafedranın professoru olduğunu vurğulayıb: 

"Gözlənilməz bir şey yoxdur, bu vəzifəyə təyin olunduğuma görə Siyavuş Kərimliyə təşəkkür edirəm. Mən onsuz da ömrümü muğama həsr etmişəm. Bu gün meydanda olan ifaçıların əksəriyyəti mənim yetirtmələrimdir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->