
Xalq artisti, xanəndə Mələkxanım Əyyubovanın oğlu Cəfərin toyudur.
Qaynar.info gecce.az-a istinadən xəbər verir ki,sənətçi bu gün şəhər restoranlarının birində oğluna toy edir. Yalnız ailə və sənət dostlarının iştirakı olan məclisə media mənsublarının çəkiliş aparmaları üçün qadağalar qoyulub.
Qeyd edək ki, xanəndənin oğlu Cəfər bizneslə məşğul olur. O, Səadət adlı xanımla ailə həyatı qurur.
Qaynar.info