Xəbər lenti

Ekonomiks 17:20 08.01.2025

"Xalq Bank"ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

"Xalq Bank”ın rəhbərliyinin 2023-cü il üzrə qazancı məlum olub. 

Valyuta.az xəbər verir ki, 2023-cü ildə "Xalq Bank” idarəedici heyətinə 1 milyon 559,1 min manat ödəniş edib. Bu isə 2022-ci ilə nisbətən 1% çoxdur. 2022-ci ildə bu rəqəm 1 milyon 543 min manat təşkil edib. 

Bankın rəhbərliyinə ödənilən vəsait ümumi işçi heyətinə ödənişlərin 4,1%-ni təşkil edib. Belə ki, "Xalq Bank”ın 2023-cü ildə işçi heyətinə ödənişləri 37 milyon 685 min manat təşkil edib. 
Adətən, bankın idarəedici heyəti deyilikdə burda Müşahidə Şurası və İdarə Heyəti nəzərdə tutulur. "Xalq Bank”ın Müşahidə Şurası 2023-cü ilin sonuna 3 nəfər, İdarə Heyəti isə 6 nəfərdən ibarətdir. Bu isə o deməkdir ki, bankın rəhbərliyində təmsil olan hər bir şəxsin orta illik gəliri ötən il 173,2 min manat təşkil edib. Bu isə 2022-ci ilə nisbətən 35% çoxdur. 2022-ci ildə bu rəqəm 128,6 min manat təşkil edib. 

Qeyd edək ki, "Xalq Bank”ın Müşahidə Şurasının sədri Asim Məmmədli, İdarə Heyətinin sədri isə Kamran Məcidovdur.  

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,8 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 33,85 %-i "Euro Standard" MMC-yə, 16,15%-i isə "Foton” MMC-yə məxsusdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->