Xəbər lenti

Xameneyi: Koronavirus bioloji hücum ola bilər
Dünya08:02 13.03.2020

Xameneyi: Koronavirus bioloji hücum ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran yeni növ koronavirusun bioloji hücum olma ehtimalına qarşı Səhiyyə və Dərman Qərargahı yaradır.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xameneyi açıqlama verib. O, qərargah qurulması ilə bağlı Baş Qərargaha təlimat verildiyini diqqətə çatdırıb.
"Koronavirusun bioloji hücum ola biləcəyi diqqət alındıqda bu qərargah bioloji müdafiə xidməti göstərə bilər. Bu baxımdan milli idarəçilik gücləndirilə bilər", - deyə Xamneyi bildirib.
Ali dini lider silahlı qüvvələrin koronavirusla bağlı bütün tədqiqatlarının bu qərargah tərəfindən idarə ediləcəyini ifadə edib.
Camal