
Təbrizdə 1976-ci ilin 18 fevral tarixli inqilabının ildönümü bu gün İmam Xamneyinin adına məsciddə qeyd edilib.
Görüşdə İslam İnqilabının Ali Rəhbəri Ayətulla Həl-Üzma Xamneyi də iştirak edib. İslam İnqilabının Ali Rəhbəri oz çıxışında Təbriz və Şərqi Azərbaycan əhalisini qəhrəman xalq adlandırıb və Təbrizdə baş verən 1976-ci ilin inqilabını da buna ibrət dərsi kimi göstərib.
İranın ali dini lideri, Ayətullah Əli Xamneyi: “Allah-Təalanın əzəməti müqabilində bu böyük nemətə görə şükür səcdəsi yerinə yetirmək lazımdır. 1976-cı il Təbriz inqilabının 2-ci dərsi İranda olan etnosların, millətlərin birliyi və İslam bayrağının altında olan fasiləsizlikdir”.
Ayətullah Xamneyi həmçinin İran xalqının 11 fevral İslam inqilabı ildönumu günü nümayiş etdirdiyi əzəmətdən də danışıb. O, sonrakı çıxışında Amerika rəhbərliyini utanmazlıqda, insan haqlarını ayaqlamaqda günahlandırıb.(anspress)