Dünya 12:42 16.01.2023

Xaricdəki ən böyük rus abidə-qəbiristanlığının taleyi təhlükədə - Fransa qərar verdi

Parisdən 30 km cənubda yerləşən Saint-Genevieve-des-Bua şəhərinin hakimiyyəti yerli qəbiristanlığın Rusiya hissəsinin saxlanması üçün Rusiyadan pul almaqdan imtina edib. 

Qaynarinfo "Le Monde”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Pravoslav Qəbirlərinə Qayğı Komitəsinin sədri Nikolay Lopuxin bildirib.

"Bu il şəhər Kremldən müddəti bitmiş torpaqların icarə müqaviləsinin yenilənməsini maliyyələşdirmək üçün pul qəbul etməyib”, - Lopuxin deyib. 

Nəşrin məlumatına görə, bunu Rusiya səfirliyi də təsdiqləyib, meriya isə şərh verməkdən imtina edib.

Rusiya hökumətinin məlumatına görə, 2016-cı ilə qədər qəbiristanlığın rus bölməsində 5200-dən çox məzar olub. Elə həmin il Nazirlər Kabineti onu xaricdəki tarixi-memorial abidələr siyahısına daxil edib.

"Le Monde” yazır ki, Rusiyadan maliyyələşmənin dayandırılması qəbiristanlığın Rusiya hissəsinin – ümumi ərazinin 62%-nin gələcəyini təhlükə altına qoyur. Nəşr qeyd edir ki, ötən ilin fevralında Ukraynada hərbi əməliyyatlar başlayandan bəri məzarlara baxacaq ziyarətçilərin sayı azalıb və bu ərazi indi "az adamın gəzməyə getdiyi meşəyə bənzəyir”.

Yazıçılar İvan Bunin və Nadejda Teffi, balerinalar Matilda Kşesinskaya və Olqa Preobrajenskaya, rəssamlar Zinaida Serebryakova və Konstantin Korovin, balet rəqqasəsi Rudolf Nureyev Saint-Genevieve-des-Boisdə dəfn olunublar.

Alpər