Xəbər lenti

Həftər qüvvələri toyu hədəf aldı: 40-dən çox insan öldürülüb
Dünya08:32 05.08.2019

Həftər qüvvələri toyu hədəf aldı: 40-dən çox insan öldürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liviyada vətəndaş müharibəsinin tərəflərindən olan Xəlifə Həftərin rəhbərlik etdiyi qüvvələr Murzuq qəsəbəsində toy məclisini hədəf alıb.
Qaynarinfo xəbər verir ki, "drone"la təşkil edilən hücum azı 41 nəfərin ölümü, 37 nəfərin yaralanması ilə nəticələnib. 
Qeyd edək ki, Xəlifə Həftər qüvvələri paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə əməliyyata başlayıb. Ötən dövr ərzində 1100 mülki vətəndaş qətlə yetirilib. 
Gülşən