Xəbər lenti

"Xerson Putinin "dəhşətlər laboratoriyası"dır" - ABŞ səfiri
Dünya08:15 10.06.2022

"Xerson Putinin "dəhşətlər laboratoriyası"dır" - ABŞ səfiri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xerson Kremlin dəhşətlər laboratoriyasıdır".
Qaynarinfo "Aljazeera” saytına istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı səfiri Maykl Karpenter deyib.
Maykl Karpenter cümə axşamı Vyanada ATƏT Şurasındakı çıxışında deyib ki, Rusiyanın Xersonu özünə birləşdirmək və marionet hakimiyyətlər qurmaq üçün əvvəlcədən planlaşdırılmış və çoxşaxəli kampaniyası "onun əsarətə alınmış, ruslaşmış Ukraynaya dair baxışları haqqında həqiqəti ortaya qoyur”.
"Xerson Kremlin dəhşət laboratoriyasıdır. Xersonun Rusiyanın nəzarəti altında qaldığı hər gün Kreml burnın demokratik hökumətini, azad mətbuatını və vətəndaş cəmiyyətini yerli əhalini alçaldan və təhqir edən, onların insan hüquqlarını pozan və insanları oğurlayan Kreml tipli polis dövləti ilə əvəz etmək planını həyata keçirməyə çalışır. Kremlin lazımsız hesab etdiyi insanlara işgəncə verir və yaxud öldürür”, deyə Karpenter bildirib.
Onun sözlərinə görə, Moskva bəzən saxta həbslər və qohumları oğurlamaqla, hədələməklə məcburiyyət və şantaj yolu ilə yerli siyasi xadimləri və fəalları öz sıralarına cəlb etməyə çalışır. Eyni zamanda vətəndaşların internetə çıxışı kəsilib ki, bu da onların etibarlı məlumat və Ukraynanın dövlət xidmətlərini almasına mane olur.
Nurlan