Xəbər lenti

Xəstəxanalar barədə şok faktlar: Dəhşətli sınaqlar, orqan satışı...
Dünya 16:53 25.02.2017

Xəstəxanalar barədə şok faktlar: Dəhşətli sınaqlar, orqan satışı...

Xəstəxanalar heç də həmişə son ümid yeri olmur. Bəzən xəstəxanalar dəhşətli işgəncə, zorakılıq, ölüm məkanları olur. Qaynarinfo.Az cebhe.info-ya istinadən dünyanın ən dəhşətli xəstəxanaları barədə tükürpədən məlumatları təqdim edir. 

Ruhların məkanı Tooele xəstəxanası 


Amerikadakı bu xəstəxanada hər şey 1873-cü ildə başlayıb. Xəstəxanda tikilən il Samuel F. Lee və ailəsi Utahdakı bu binada yaşıyırdı. 40 il ərzində bu böyük binada yaşayan ailə 1913-cü ildə binanı satdı və ordan başqa yerə köçdü. Daha sonra böyük bina qocalar evinə çevrildi. Yerli sakinlər bu binanı “Country Poor House”, yəni “Yoxsulların Evi” kimi tanıyırdı. Eyni zamanda xəstəxana kimi də istifadə edilən binada bəzi dəyişikliklər edildi. 1953 -cü ildə Tooele anbarı kimi istifadə edilən binada morq yaradıldı. Çünki burda qalanlar əsasən yaşlı insanlar idi. Maraqlısı budur ki, bu xəstəxanda dünyada məşhur olan bir çox qorxu filmi çəkilib. İndi də insanlar burada ruhların gəzdiyini iddia edir və “Ruh ovçuları” adlı təriqət iddia edir ki, evdə vaxtaşırı olaraq ruh tutur. Məhz təriqətin bu iddiasına görə heç kəs bura yaxınlaşmır.

Heç kəsin sağ çıxmadığı Villard dəlixanası 


Amerikadakı bu xəstəxana 1869-cu ildə yaradılıb. 1955-ci ilə qədər xəstəxana kimi fəaliyyət göstərib. Bu müddətdə xəstəxanada nə az-nə çox 54 min nəfər qalıb. Xəstəxana haqqında tükürpədən şeylər söylənilir. Deyilənə görə, bu 54 min nəfərdən heç birinin oradan sağ çıxmayıb. Başqa bir iddiaya görə, 1900-cü illərdə bu xəstəxanaya aparılan adamlardan çoxunun heç bir psixi problemi olmayıb. Tamamilə sağalan insanlar olub. Xəstəxanaya aparılan qadınların ən böyük “xəstəliyi” isə ərlərinə qarşı çıxmaq olub. Bu etirazçı qadınları bura gətirir, onlara işgəncə verir, qulluqçu kimi işlədir və bəzən də zorlayırdılar. Xəstəxanada ən çox istifadə edilən işgəncə üsulları buz hamamı, qısırlaşdırma, elektroşok idi. Bu üsullar işgəncə kimi yox, müalicə kimi təqdim edilirdi. Nəticədə qadınlar vəfat edirdi. Bu xəstəxanada qadınların yaşadığı işgəncələr barəsində daha sonralar “Ardımda qalanlar” romanı yazıldı .

Xəstələrin dəli olduğu Severalls ruhi xəstəxanası


İngiltərədə1910-cu ildə memar Frank Vitmor tərəfindən inşa edilib. 1913-cü ildə xəstəxana kimi istifadəyə verilib. Eyni zamanda 2 min xəstə qəbul etmək imkanına malik olub. Modern xəstəxanalardan fərqli olaraq bu xəstəxana kişi və qadın bölümlərinə ayrılıb. 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması ilə xəstəxana da profilini dəyişməli oldu. Təkcə ruhi xəstələri yox, həm də fiziki müalicəyə ehtiyacı olanları qəbul edirdi. 1919-cu ildə hərbi məqsədlər üçün istifadəsi dayandırıldı və əsl hadisələr də bundan sonra başladı. 1950-cı ildə burda xəstələr üzərində bir sıra sınaqlar keçirilməsinə start verildi. İnsulin şoku, Leukotomiya və Lobotomiya kimi sınaqlar aparıldı. Ancaq bu sınaqlar barədə kimsəyə məlumat verilmədi. Nəticədə müalicə olunmaq üçün gələn ruhi xəstələr ağıllarını daha da itirdilər. Sınaqlar barədə məlumatlar yayılsa da onlara son verilmədi. Sonda xəstəxana ümumiyyətlə, bağlandı. Bina isə hələ də qalır, təbii ki, uçmuş vəziyyətdə.

Dindarlar üçün Cane Hill ruhi xəstəxanası 


Xəstəxana Londonda 1882-ci ildə tikilib. Dini ibadətə aludə olub həyatı tamamilə unudanların müalicəsi üçün nəzərdə tutulub. 1991-ci ildə boşaldılan xəstəxanaya daha sonralar da çox sayda ziyarətçi gəlib. Bu xəstəxananın xəstələri arasında özündən sonraya çox pis xatirələr qoyanlar da olub. Məhz bu xatirələrə görə xəstəxananın muzeyə çevrilməsi nəzərdə tutulurdu. Ancaq sonradan xatirələr o qədər dəhşətli oldu ki, xəstəxananın yanına da yaxınlaşan olmadı. 

470 nəfər öldürən Manteno ruhi xəstəxanası


Xəstəxana Amerikada 1927 -ci ildə tikilib. Ancaq ilk xəstəsini 1930-cu ildə qəbul edib. Qısa müddətdə sürətlə böyüyüb və 1936-cı ildə yeni korpusların tikintisi üçün yaxınlıqdakı boş ərazilər satın alınıb. Birinci Dünya Savaşı zamanı xəstəxanada işçi çatışmırdı. Bu çatışmazlığı aradan qaldırmaq üçün dövlət liseylərinin məzunu olan tibb bacıları xəstəxanada kurslara cəlb edildilər. 1954-cü ildə xəstəxanada xəstə sayı 9 min nəfərə yüksəldi. Daha sonra xəstəxanada icazəsiz olaraq şok terapiyasından istifadə edildi və bunun nəticəsində 60 xəstə vəfat etdi. Ancaq bu qədər itki də xəstəxana personalını dayandırmadı. Daha sonra ölü sayı 470 nəfərə çatdı. 198 nəfər şok terapiyasından canını qurtarmaq üçün xəstəxanadan qaçdı. Nəticədə dövlət xəstəxananı bağladı. Bina isə hələ də qalır. 

Ağcaqanadlara məskən olan Beelitz-Heilstatten xəstəxanası 


Almaniyadakı bu xəstəxana olduqca böyük ərazini əhatə edir və ümumilikdə 60 binası var. İkinci Dünya Müharibəsi zamanı az qala bütün xəstələr burda müalicə olunurdu. Həmin dövrdə geniş yayılan bir çox yoluxucu xəstəliklər də məhz bu xəstəxanada müalicə edilib. Ölü sayı da kifayət qədər çox olub. Daha sonralar bu vəziyyət nəzərə alınaraq xəstəxanada karantin elan edilib. Ancaq bu da kifayət etmədi və xəstəxana birdəfəlik bağlandı. İndi isə xəstəxananın viran qalmış binası xəstəlik yayan minlərlə ağcaqanad və milçəyin yuvasıdır. Binaya yaxınlaşmağa icazə verilmir.

64 min nəfərin öldürüldüyü Waverly Hills xəstəxanası 


Amerikanın Kentukki ştatında yerləşir və tuberkulyoz xəstələri üçün nəzərdə tutulub. 1910-cu ildə açılıb. O zaman bu xəstəlik ölümcül hesab olunurdu və müalicəsi yox idi. Xəstələr digər xəstələrdən uzaqda təcrid edilmiş şəkildə saxlanılırdı. 

Tuberkulyozu müalicə edən streptomisin tapılıb inkişaf etdirilənə qədər 64 min insan bu xəstəxanada öldürüldü. Məhz öldürüldü, çünki müalicə aparmaq mümkün deyildi və ölümlər tezləşdirilirdi. 1961-ci ildə bağlanan xəstəxana 1 il sonra ruhi xəstəxana kimi yenidən açıldı. Ancaq xəstəxanada xəstələrə pis davranıldığı barədə xəbərlərin ardı-arası kəsilmirdi. 1982-ci ildə bu məlumatlar əsas götürülərək xəstəxana bağlandı. Xəstəxanada eyni zamanda paranormal olaylar da baş verirdi. Hətta gündüzlər də xəstəxanada gəzmək təhlükəli hesab olunurdu. 

Xəstəlik yayan Sanatoriya xəstəxanası 

Böyük Britaniyada vərəm xəstələrinin müalicəsi üçün açılan bu xəstəxana əslində yoluxucu xəstəliklərin yayılma mərkəzi idi. Xəstəxananın bağlanmasına da səbəb məhz bu idi. Xəstəxana barəsində bir çox film çəkilib, romanlar yazılıb. 

Qorxunc təcrübələrin aparıldığı Trenton psixiatriya xəstəxanası 

Amerikanın Nyu-Cersi ştatında yaradılan bu xəstəxana profilinin tam əksinə olan fəaliyyətlə məğul olub. Həkimlər heç bir icazə olmadan xəstələr üzərində qorxunc təcrübələr aparıblar. Onların istifadə etdiyi dəhşətli üsullar xəstəxananı qəzetlərin manşetlərinə daşıdı. Hətta xəstələrin özlərinin xəbəri və icazəsi olmadan orqanları çıxarıldı. Ancaq qısa müddətdə cinayətin üstü açıldı və xəstəxana bağlandı. 

Ruhların gəzdiyi Kinq Park psixiatriya xəstəxanası 


Amerikadakı xəstəxananın yerləşdiyi binada ruhların gəzdiyi iddia edilir. Buna görə də çox sayda ruh ovçusu xəstəxanaya tez-tez gedir. Xəstəxananın keçmişi haqqında çox məlumat yoxdur. Ancaq orda ruhların gəzdiyi bildirilir və buna çox sayda insanlar var. 

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->