Xəbər lenti

XİN Ermənistanı silahlı qüvvələrinin Qarabağdakı qalıqlarını çıxarmağa çağırdı
Siyasət10:17 23.03.2022

XİN Ermənistanı silahlı qüvvələrinin Qarabağdakı qalıqlarını çıxarmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin", - XİN rəsmisi vurğulayıb.