Xəbər lenti

XİN rəhbəri Abdullahiyanla telefonla danışdı
Siyasət12:24 06.11.2021

XİN rəhbəri Abdullahiyanla telefonla danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefonla danışıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə C.Bayramov Tvitter hesabında paylaşım edib.
"Hörmətli məsləkdaşımla telefonla danışdıq. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım.
Qarşılıqlı əməkdaşlığın daha da inkişafı, bölgədə sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.