Xəbər lenti

Xomeyninin naxçıvanlı dostu öldü - Ən yaxın adamı
Dünya15:52 23.11.2016

Xomeyninin naxçıvanlı dostu öldü - Ən yaxın adamı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ayətullah Əbdülkərim Musəvi Ərdəbili 90 yaşında vəfat edib. Bu barədə informasiyanı İran mətbuatı yayıb. 
Son bir neçə gün komada qalan Ərdəbili ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, Ərdəbili İran inqilabının lideri Xomeyninin ən yaxın adamlarından biri olub. 1979-cu il inqilabından sonra bir müddət prezident şurasında fəaliyyət göstərib. O, həmçinin İran məhkəmə sisteminə də rəhbərlik edib.
Ərdəbilinin əsli Şimali Azərbaycandandır. Babaları Naxçıvanın Ordubad rayonundan Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçüblər.
Qaynarinfo.Az