Xorvatiyada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı prezident Zoran Milanoviç, əsasən mərasim xarakteri daşıyan bu vəzifəyə yenidən seçilərək qalib gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə dövlət seçki komissiyasının məlumatlarına istinadən "Reuters" agentliyi məlumat
yayıb.
Dövlət seçki komissiyasının ilkin hesablamalarına görə, müxalif Sosial Demokrat Partiyasından olan Milanoviç 12 yanvar 2025-ci il bazar günü keçirilən prezident seçkilərində 74,58% səs toplayıb.
Onun rəqibi, Xorvatiyanın Demokratik İttifaqını təmsil edən Draqan Primorats 25,42% səs toplayıb. Seçkidə iştirak edən seçicilərin aktivliyi 44,15% olub.
"Bu, şəxsi olaraq mənim üçün böyük bir gündür və bu qələbəni işimə verilən qiymət və insanların mənə inamının təsdiqi kimi qəbul edirəm", deyə Milanoviç bildirib.
Xatırladaq ki, ilk tur 29 dekabr 2024-cü ildə keçirilmişdi və burada hazırkı prezident Zoran Milanoviç 51,48% səs toplayaraq liderlik edirdi. Onun rəqibi Draqan Primorats isə 19,29% səs toplamışdı.
Milanoviç Avropanın Putin tərəfdarı kimi tanınan və Ukraynaya hərbi dəstəyin əleyhinə çıxan aparıcı liderlərindən biridir. Onun mövqeyi geniş şəkildə "Ukrayna və NATO-ya qarşı" adlı məqalədə təhlil olunub.
Payızda Milanoviç NATO-nun Ukraynaya dəstək təşəbbüsü olan NSATU-da Xorvatiyanın hərbçilərinin iştirakını razılaşdırmaqdan imtina edib. O, bunu "milli maraqlara potensial ziyan vuracağı" ilə izah edib.
Alpər
Şərhlər