Xəbər lenti

Xuan Quaydonun toxunulmazlığı ləğv edildi
Dünya06:17 03.04.2019

Xuan Quaydonun toxunulmazlığı ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaydonun toxunulmazlığı ləğv edilib.
Qaynarinfo xəbər verir ki, Təsisedici Milli Məclis Ali Məhkəmənin irəli sürdüyü tələbi müzakirə məqsədilə iclas keçirib və bu barədə qərar qəbul edib. Deputatlar Quaydonun toxunulmazlığının qaldırılması barədə yekdilliklə razılaşıb.
Qeyd edək ki, Xuan Quaydo ölkədən çıxışına qadağa qoyulmasına baxmayaraq 23 fevralda Kolumbiyaya gedib. O, 23 yanvarda özünü müvəqqəti prezident elan edib və ölkə rəhbəri Nikolas Maduronun istefasını tələb edir.
Gülşən