
Bu barədə məlumatı Qaynar.info-ya Lənkəran Ziyalılar Birliyinin sədri İltifat Rəhimzadə verib.
O bildirib ki, polis rəisinin müavini ona hansısa tədbirin keçiriləcəyindən narahat olduğunu deyib: “Mən heç bir tədbir nəzərdə tutmadığımızı və həmişə olduğu kimi Yadigar bəyin valideynlərinə dəyməyə gəldiyimi bildirdim. Sonra yenidən məni çağırıb polis rəisinin mənimlə telefonla danışmaq istədiyini bildirdi. Polis rəisi salamsız-kəlamsız dedi: “Siz nəyə görə pozuculuq işləri ilə məşğulsunuz? Bizdə məlumat var ki, Yadigar Sadıqovu siz yoldan çıxarmısınız. Bunu Yadigar bəyin bir qohumu dedi. Mən səni sabah şöbəyə dəvət edəcəyəm. Siz geri dönməyə də bilərsiniz!”. Yadigar bəyin ata-anasının narahatlığını görüb yenidən geri qayıtsam da, polislər məndən bu gün buraya gəlməməyimi "xahiş" etdilər”.