Xəbər lenti

Yadigar Sadıqovun həbs müddəti azaldıldı - QƏRAR
Siyasət13:27 22.07.2014

Yadigar Sadıqovun həbs müddəti azaldıldı - QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun şikayəti əsasında növbəti məhkəmə prosesi keçirilib. 

Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Elman Fəttahın Qaynar.info-ya verdiyi məlumata görə, vəkillərin vəsatəti qismən təmin olunub və Lənkəran şəhər Məhkəməsinin Yadigar Sadıqovla bağlı çıxardığı 6 il həbs cəzasının müddəti 4 ilə endirilib. Amma buna baxmayaraq maddədə heç bir dəyişiklik edilməyib. Vəkillərin qaldırdığı əsas vəsatətlər də təmin edilməyib. 

Qeyd edək ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib. Lənkəran məhkəməsi Y.Sadıqova 6 il həbs cəzası kəsmişdi.

Qaynar.info