Xəbər lenti

Yana-yana 181 metr qaçdı - Belə də olur... - VİDEO
Dünya17:30 15.11.2016

Yana-yana 181 metr qaçdı - Belə də olur... - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tarixə düşmək üçün özünə od vurub, insanların gözü qarşısında finiş xəttinə doğru qaçdı.

Böyük Britaniyada yaşayan Entoni Britn adlı şəxs izləyənləri dəhşətə gətirən rekorda imza atıb. Üzərinə tez alışan maye töküb, od vuran şəxs alovun içində ən uzaq məsafəyə qaçan insan adını qazanıb.

Alovun içində yanmasın deyə xüsusi geyim və geldən istifadə edən Entoni hər addımında ölümlə mübarizə aparıb. Alovların arasında nəfəs almaqda çətinlik çəkən britaniyalı, buna baxmayaraq 180 metrdən çox məsafə qət edib.

Britaniyalı adrenalin həvəskarı bu performansı uğurla başa vura bilmək üçün 8 ay məşq edib. Məşqlər ərzində bir neçə dəfə yanıq xəsarətləri də alıb.

Xatırladaq ki, bu vaxta qədər alovun içində ən uzaq məsafəni amerikalı Ted Beçelor qaçıb - 161 metr.(atv.az)

Qaynarinfo.Az