Xəbər lenti

Yanlış yuxu mövqeyi ürəkdəki stresi artırır və kabuslara səbəb olur
Dünya09:15 24.01.2024

Yanlış yuxu mövqeyi ürəkdəki stresi artırır və kabuslara səbəb olur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qorxulu yuxular daha çox sol böyrü üstə yatan insanlarda olur. 
Qaynarinfo "Daily Mail”-ə istinadən xəbər verir ki, bu, yataq vəziyyətində ürəyə artan gərginliklə bağlı ola bilər. 
"Sleep and Hypnosis” jurnalında dərc edilən araşdırma nəticəsində məlum olub ki, sol böyrü üstə yatan insanların 41%-i kabuslar görür. Sağ böyrü üstə yatmağa üstünlük verənlərin cəmi 15%-i pis yuxular görür.
Bu, yəqin ki, sol böyrü üstə yatan insanların ürəyə daha çox yük düşməsi ilə əlaqədar ola bilər. Bu duruş stress üçün xarakterik olan ürək fəaliyyəti ilə əlaqələndirilir. Ürək xəstəliyi olmayan insanlarda ciddi problemlər yaratması ehtimalı azdır, lakin yuxu zamanı narahatlıq hissi xoşagəlməz yuxulara səbəb ola bilər.
Arxa üstə yatmaq da kabuslara səbəb olur. Bu vəziyyət tez-tez xoruldama və tənəffüs tutulması ilə müşayiət olunur. Arxa üstə uzanmaq simptomları pisləşdirir və tez-tez oyanışlara və narahat yuxulara səbəb ola bilər.
Nizami Bağırov