
Sabiq prezident Viktor Yanukoviçin oğulları Aleksandr və Viktorla birlikdə Rusiyaya getdiyi bəlli olub.
Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Saytın yazdığına görə, V.Yanukoviç Krıma gedərkən gecə Donetskdə oliqarx Rinat Axmedovun evində, Krımda isə sabiq müdafiə naziri Pavel Lebedevin evində gecələməli olub. Yanukoviç kiçik oğlu Viktorla dəniz yolu ilə, böyük oğlu Aleksandr isə Donetskdən Rusiyaya keçib.
Xatırladaq ki, insanların ölümündə təqsirli bilinən V.Yanukoviçin barəsində Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə cinayət işi açılıb.
Qaynar.info