Xəbər lenti

Yanukoviç Rusiya ilə “yol xəritəsi” imzalayacaq
Dünya13:16 01.12.2013

Yanukoviç Rusiya ilə “yol xəritəsi” imzalayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna prezidenti Viktor Yanukoviç Rusiya ilə əməkdaşlığın “yol xəritəsini” imzalamaq üçün yaxın zamanda Moskvaya səfər edəcək.

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə ötən gün Ukraynanın baş naziri Nikolay Azarov yerli telekanalların birinə verdiyi müsahibəsində bildirib.   

“Prezidentin Rusiyaya səfəri olacaq. Səfər çərçivəsində biz normal ticari-iqtisadi rejimin yaradılmasını nəzərdə tutan  əməkdaşlığın “yol xəritəsini” imzalamağa planlaşdırırıq”, deyə Azarov qeyd edib.

 Onun sözlərinə görə, Viktor Yanukoviçin gələn həftə Çinə dövlət səfəri baş tutacaq. // APA

Qaynar.info