Xəbər lenti

YAP XİN-i bəyanat verməyə çağırdı
Siyasət08:32 02.05.2014

YAP XİN-i bəyanat verməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın hakim partiyası Xarici İşlər Nazirliyini (XİN) ölkə vətəndaşlarına başqa ölkələrin pasportlarının verilməsinə qarşı bəyanat verməyə çağırıb.

APA-nın məlumatına görə, bu təkliflə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, XİN başqa dövlətin vətəndaşlığını qəbul edib oranın pasportunu alanların Azərbaycan vətəndaşlığına dərhal xitam veriləcəyi haqqında bəyanat yaymalıdır.

O qeyd edib ki, hər bir vətəndaş bunu başa düşməlidir: “Ola bilər ki, kimsə xarici ölkələrdə ticarətlə məşğul olmaq istəsin. İnanmıram ki, kimsə könüllü şəkildə Azərbaycan pasportunu qoyub başqa ölkənin pasportunu üzərində daşısın. Yox, əgər başqa məqsədlər üçün bunu həyata keçirirsə, o zaman həmin şəxs mütləq şəkildə Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdır. Bu gün dünyada baş verən hadisələrə nəzər salsaq, görərik ki, dövlət müstəqilliyinin qorunması məsələsi öndə duran məsələlərdən birincisidir. Bütün Azərbaycan vətəndaşları bu gün yekdil olmalı, dövlətin və prezidentin, eləcə də müstəqilliyin ətrafında birləşməlidir. Biz görürük ki, vətən xainləri, Azərbaycan əleyhinə iş aparanlar, ermənilərə işləyənlər səngərin o biri tərəfində duran düşmənlərdən daha pisdir. Onlar beynəlxalq təşkilatlara Azərbaycan haqqında düzgün olmayan məlumatlar göndərən, arxamızdan bıçaq vuran insanlardır. Ermənilərə çalışan insanlara qarşı işlər görülməli, Azərbaycan dövlətçiliyinə qarşı çıxış edənlər mütləq layiqli cəzalarını almalıdır. Şəffaf olmayan təşkilat beynəlxalq şəffaflıqdan danışır. Oğurluqla məşğul olan təşkilat parlament haqqında həqiqəti əks etdirməyən məlumatlar dərc etdirir. Ona görə də buna qarşı ciddi addımlar atılmalıdır”.

Qaynar.info