Yaponiyada taxt-tacın sahibi İmperator Akihito bu gün könüllü şəkildə tituldan imtina edəcək.
Qaynarinfo xəbər verir ki, mərasim bu gün Tokioda Kral Sarayında baş tutacaq və Akihito imperator kimi son çıxışını edəcək. Mərasimdə Baş Nazir Şinzo Abe də nitq söyləyəcək.
İmperator Akihitonun 30 illik dövrü "Heisei" (Sülh dövrü) adlandırılıb. Akihitonu əvəzləyəcək Naruhitonun imperatorluq dövrü ilə birlikdə "Rave" (Gözəl Harmoniya) erası da başlayacaq.
Gülşən