Yaponiya sərmayəsini Çindən çıxarmaq istəyən şirkətlərə maliyyə dəstəyi verilməsi ilə bağlı 2,2 milyard dollarlıq büdcə ayırıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, koronavirusla mübarizə çərçivəsində 992 milyard dollarlıq büdcə təsis edən Yaponiya paketə Çindən çıxmaq istəən firmalara da dəstək nəzərdə tutub. Beləliklə, sərmayəsini Yaponiyaya köçürən şirkətlərə dəstək üçün 2 milyard, digər hər hansısa bir ölkəyə köçürəcək şirkətlərə isə 200 milyon dollar ayrılıb.
Qeyd edək ki, Çin Yaponiyanın ən böyük ticari əməkdaşlarındandır. Lakin epidemiya səbəbindən fevral ayında Çinin Yaponiyaya ixracı yarıbayarı azalıb.
Yaponiyada emal sənayesi baxımından Çindən asılılıq məsələsi zaman-zaman gündəmə gətirilir. Epidemiyadan sonra da bu mübahisələr yenidən alovlanıb və istehsalın Yaponiya və digər Asiya ölkələrinə paylaşdırılması üçün təşviqedici addımların atılması ilə bağlı fikirlər irəli sürülüb.
Camal